Sabahın hava proqnozu

Xəbərlər

01.11.2021 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

AYNA Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş