Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

Dünya

27.09.2026 - 22:23

“Bu, gec də olsa, heç vaxt tanımamaqdan yaxşıdır”

““Transparency International” məni siyasi məhbus kimi tanıdı. Bu, gec də olsa, heç vaxt tanımamaqdan yaxşıdır”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili sosial media hesabında yazıb.

Saakaşvili QHT-yə qismən də olsa, ona qarşı irəli sürülən ittihamların ətraflı təhlilinə görə təşəkkür edib.

Məlumat üçün bildirək ki, “Transparency International Georgia” dünən Saakaşvilinin təşkilatın siyasi məhbuslar siyahısına daxil ediləcəyini açıqlayan bəyanat yayıb. Lakin təşkilat əvvəllər keçmiş Prezidentin adının çəkilmədiyi oxşar məhbus siyahısı hazırlayıb. Saakaşvili təşkilatın qərarını tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş