Rusiyada miqrantların deportasiyası üçün yeni səbəblər yaradılır

Dünya

06.07.2026 - 13:36

Sərhədçilərin qanuni əmrlərinə tabe olmamaq və ayrı-seçkilik miqrantların ölkədən deportasiyası üçün əsas ola bilər

Rusiya sərhədçilərinin qanuni əmrlərinə tabe olmamaq və ayrı-seçkilik miqrantların ölkədən deportasiyası üçün əsas ola bilər. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Max" mesajlaşma tətbiqində yazıb.

Əvvəlcə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində deportasiyanı nəzərdə tutan maddələrin siyahısının 22-dən 43-ə qədər genişləndirilməsi təklif olunub. Lakin təqdim edilən düzəlişlər nəzərə alınmaqla, bu rəqəm 45-ə qədər artacaq.

Mövcud müddəalara əlavə olaraq, siyahıya ayrı-seçkilik - cinsinə, irqinə, milliyyətinə, dilinə, yaşına, dini mənsubiyyətinə və digər xüsusiyyətlərə görə insan hüquq və azadlıqlarının pozulması daxil ediləcək. Dövlət sərhədini qoruyarkən hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaq da deportasiya üçün əsas olacaq.

Dövlət Dumasının sədri bildirib ki, bu həftə parlamentarilər miqrasiya siyasətini təkmilləşdirmək üçün qanun layihələri paketi üzərində işləməyə davam edəcəklər. Xüsusi diqqət əcnəbilərin cərimə ilə yanaşı, ölkədən deportasiya ediləcəyi pozuntuların siyahısının genişləndirilməsinə yönəldiləcək.

Daha əvvəl "Ədalətli Rusiya" Partiyasının üzvü Sergey Mironov miqrantlar üçün üç "P" prinsipinin tətbiqini təklif etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş