Rusiyada KTMT ölkələrinin genişmiqyaslı hərbi təlimləri başlayıb

Dünya

28.09.2026 - 12:13

Təlimlər döyüş təlimi tapşırıqlarını yerinə yetirmək və cavab qüvvələrinin hazırlığını artırmaq məqsədi daşıyır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Çebarkul təlim poliqonunda genişmiqyaslı təlimləri başlayıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusüiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər döyüş təlimi tapşırıqlarını yerinə yetirmək və cavab qüvvələrinin hazırlığını artırmaq məqsədi daşıyır.

Hazırlıqların bir hissəsi olaraq, KTMT Kollektiv Sürətli Reaksiya Qüvvələri ilə birlikdə "Qarşılıqlı Əlaqə-2026" komanda-qərargah təlimləri, eləcə də "Axtarış-2026" və "Eşelon-2026" xüsusi təlimlərinə start verilib.

Nazirlikdən bildirilib: " Rusiya Federasiyasında Çebarkul təlim poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sürətli Reaksiya Qüvvələri ilə birlikdə "Qarşılıqlı Əlaqə-2026" komanda-qərargah təliminin və "Axtarış-2026" və "Eşelon-2026" xüsusi təlimlərinin açılış mərasimi keçirilib".

Mərasimdə KTMT Birgə Qərargah rəisi Andrey Serdyukov, təşkilatın baş katibinin müavini Mirlan Turqunbekov və hərbi kontingent komandirləri iştirak ediblər. Serdyukov təlimlərin qüvvələrin tapşırıqları yerinə yetirməyə hazırlığını artıracağına və kollektiv təhlükəsizliyi təmin etmək əzmkarlığını nümayiş etdirəcəyinə əminliyini bildirib.

Mərkəzi Hərbi Dairə nümayəndəsi Aleksandr Maşyanov mürəkkəb hərbi-siyasi mühitdə və regional qeyri-sabitlikdə kollektiv qüvvələrin birgə əməliyyatlara daim hazır olmasının vacibliyini vurğulayıb.

“Vzqlyad” qəzetinin verdiyi məlumata görə, KTMT ölkələrindən olan kontingentlər Çelyabinsk vilayətindəki Çebarkulski təlim poliqonuna gəlib.

Belarus Müdafiə Nazirliyi bu komandanlıq və qərargah manevrlərində iştirak etmək üçün hərbi qulluqçularını göndərib. KTMT Birgə Qərargah rəisi Andrey Serdyukov əsas qlobal güc mərkəzləri arasında artan gərginliyi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş