Rusiyada ardıcıl rekord - COVID-19-a yoluxanların sayı artıb

Dünya

02.05.2020 - 16:15

Son sutka ərzində koronavirusa yoluxanların sayı 9 min 623 nəfər olaraq qeydiyyata alınıb

 

Rusiyada koronavirusla bağlı vəziyyət ötən ayın əvvəlindəki proqnozları tam doğruldub. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkədə 3 gün ərzində ardıcıl rekord səviyyədə yoluxma qeydə alınıb. Məlumata görə, son sutka ərzində yoluxanların sayı 9 min 623 nəfər olaraq qeydiyyata alınıb.

 

Hazırda Rusiyada COVID -19 diaqnozlu xəstə sayı 124 min 54 nəfərə çatıb. Son məlumata görə, ölüm sayı 1222 nəfərdir.

 

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxma faktı 3,4 milyonu keçib, 240 mindən çox insan xəstəlikdən ölüb.

Müəllif: Ayna.az