Aleksandr Qruşko: “Rusiya ilə qarşıdurma səbəbindən təşkilat hədəflərindən uzaqlaşır”
“Rusiya tədricən qarşıdurma arenasına çevrilən və hədəflərindən yayınan Avropa Şurasının vəziyyətindən məyusdur”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Blok düşüncəsi ilə kompromis və əməkdaşlıq ruhunun necə sıxışdırıldığını, konsensus mədəniyyətinin yavaş-yavaş aşındığını görürük. Bu, əlbəttə ki, təşkilatı zəiflədir və tədricən qarşıdurma arenasına çevirir”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Avropa Şurasının əsas məqsədi qitə dövlətləri və Avropa xalqlarının birliyini gücləndirməkdir: “Rusiya ilə qarşıdurma səbəbindən təşkilat bu hədəflərindən uzaqlaşır”.