Rus həkim reanimasiyadan qorxulu görüntülər paylaşdı

Dünya

24.04.2020 - 18:30

cedabet dərman SEO Xidməti

Hətta 30 yaşlarında olan pasientlər belə, aparata qoşulub

 

Rusiyada koronavirus xəstələrinin aşkarlanması günbəgün artır, hər gün xəstəxanlara yeni ağır vəziyyətdə olan xəstələr gətirilir.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, Moskva xəstəxanasının həkimi Valeri Veçorkonun paylaşdığı görüntülər marağa səbəb olub.

 

Sosial şəbəkə hesabından məlumat verən rus həkim bildirib ki, xəstəxanada kifayət qədər ağır xəstələr var. Ən pisi isə odur ki, xəstələr arasında gənclər və ortayaşlı pasientlər çoxluq təşkil edir.

 

Rus həkim təəssüflə qeyd edib ki, hazırda xəstəxanada süni tənəffüs aparatlarına çox ehtiyac var. Hətta 30 yaşlarında olan pasientlər belə, nəfəs darlığı yaşayır və onlara aparat qoşulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş