Rus deputatdan çağırış: “Ukraynaya taktiki nüvə zərbəsi endirilməlidir”

Dünya

31.08.2026 - 09:04

"Düşmən təslim olmalı olduğunu başa düşəcək şəkildə zərbə endirməliyik".

“Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün ona nüvə zərbəsi endirməlidir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının lideri Aleksey Juravlev deyib.

O hesab edir ki, "düşmən təslim olmalı olduğunu başa düşəcək şəkildə zərbə endirməliyik".

"Davam edən müzakirələr var: taktiki nüvə silahlarından istifadə edə bilərikmi? Biz istifadə edə bilmərik. Dinləyin, belə bir müzakirə belə olmamalıdır! Lazım gələrsə, biz onlardan istifadə etməyə borcluyuq. Əgər zərbə endirməli olsaq, vuracağıq. Və bu müzakirə mövzusu deyil", - deyə o bildirib.

“Bloomberg”in Kremlə yaxın mənbələri daha əvvəl bildiriblər ki, Prezident Vladimir Putin Ukraynada eskalasiya hazırlayır və müharibədə məğlubiyyətin qarşısını almaq üçün son çarə olaraq taktiki nüvə silahlarından istifadə edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş