Georgesku fırıldaqçılıqda və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir
Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizmin Araşdırılması İdarəsinin (DIICOT) əməkdaşları Rumıniya prezidentliyinə keçmiş namizəd Kalin Georgesku saxlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.
Georgesku fırıldaqçılıqda və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir. Onun Mogoșoaiadakı evində axtarış aparılıb.
DIICOT-un 21 sentyabr tarixli mətbuat açıqlamasında fırıldaqçılıq və mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması işi ilə əlaqədar beş ünvanda axtarış aparıldığı bildirilib. Adlar açıqlanmasa da, şübhəlilərin 64 və 47 yaşlı iki Rumıniya vətəndaşı və 56 yaşlı İtaliya vətəndaşı olduğu müəyyən edilib. 64 yaşlı şəxsin qrupun lideri olduğu qeyd edilib.
Agentliyin məlumatına görə, "Lider cinayət sxemində qrupun digər iki üzvünə aydın rollar təyin edərək, onları maliyyə zəmanətlərinin verilməsi şərtilə Rumıniyada bizneslərini inkişaf etdirmək niyyətində olan qurbanlara kredit vermək üçün külli miqdarda pulu olan xarici şirkətləri idarə edən uğurlu iş adamları kimi təqdim edib".