Rubio və Vitkoff gələn həftə Parisə gələcəklər

Dünya

16.04.2025 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ və Fransa Ukrayna, İran, ticarət tarifləri və Qəzzadakı vəziyyəti müzakirə edəcək

ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın xüsusi nümayəndəsi Steve Vitkoff gələn həftə Parisə gələcəklər. AYNA.AZ “Politico”ya istinadən bildirir ki,  ABŞ rəsmiləri Fransaya səfər zamanı Ukraynadakı münaqişəni, eləcə də İranla əlaqələri və ticarət tariflərini müzakirə etməyi planlaşdırırlar.

Səfər zamanı Vitkoffun Fransa Prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub. Öz növbəsində Rubio ölkənin Avropa və Xarici İşlər naziri Jan-Noel Barrot ilə danışıqlar aparacaq. Ukrayna, İran və tariflərdən əlavə, İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağındakı vəziyyət də gündəmdə olacaq. Səfərlərin dəqiq tarixi bəlli deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş