Rubio: "Kiyevdəki ABŞ səfirliyi fəaliyyətini müvəqqəti dayandıra bilər”

Dünya

05.10.2026 - 23:49

“Əgər müəyyən bir diplomatik nümayəndəliyin statusunda dəyişiklik tələb etdiyinə inandığımız bir təhlükə yaranarsa, biz bunu edəcəyik"

ABŞ dövlət katibi Marko Rubio “təhlükəsizliklə bağlı narahatlıqlara görə Kiyevdəki Amerika səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandıra” biləcəyini bəyan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Dövlət Departamenti dünya üzrə hər bir ABŞ diplomatik nümayəndəliyinin təhlükəsizliyini gündəlik olaraq təhlil edir.

“Əgər müəyyən bir diplomatik nümayəndəliyin statusunda dəyişiklik tələb etdiyinə inandığımız bir təhlükə yaranarsa, biz bunu edəcəyik", - Rubio vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Amerika tərəfi amerikalı diplomatların Ukraynanın paytaxtında qalmasının nə dərəcədə təhlükəsiz olduğunu araşdıracaq.

Qeyd edək ki, Rusiya Ukrayna paytaxtındakı xarici vətəndaşları və diplomatları şəhəri tərk etməyə çağırıb. Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bəzi ölkələrin səfirlikləri Kiyevdə açıq qaldığı və xarici rəsmilərin Ukraynaya səfərləri davam etdiyi üçün demək olar ki, hamı xəbərdarlıqlara qulaq asmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş