“Sülh əldə edildikdən sonra tədricən yumşaldılacaq və Rusiya sülh sazişinin şərtlərini pozarsa, sanksiyalar bərpa oluna bilər”
Amerika tərəfi Ukrayna ilə bağlı təqdim olunan plan çərçivəsində atəşkəs əldə edildikdən sonra Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasını təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun təkliflərinə istinadən məlumat yayıb.
Bildirilib ki, 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edilən məhdudiyyətlər müzakirə olunan sazişin bir hissəsi kimi aradan qaldırıla bilər.
“Əks təkliflərdə deyilir ki, sanksiyalar davamlı sülh əldə edildikdən sonra tədricən yumşaldılacaq və Rusiya sülh sazişinin şərtlərini pozarsa, sanksiyalar bərpa oluna bilər”, - nəşr yazıb.
Bundan əvvəl Ukrayna və Aİ münaqişənin həlli ilə bağlı ABŞ-ın bir sıra təkliflərini rədd edib.