Respublika Klinik Xəstəxanasında koronavirusa kütləvi yoluxma xəbərinə <font color=red> CAVAB</font>

Xəbərlər

17.05.2020 - 12:16

cedabet dərman SEO Xidməti

“Xəstəxana adi iş rejimində fəaliyyətini davam etdirir”

 

“Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”. AYNA xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

 

R.Əliyeva qeyd edib ki, xəstəxana adi iş rejimində fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, yerli mətbuatda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayıldığında bu axşamdan xəstəxana fəaliyyətini dayandırıb.

 

Məlumata görə, xəstəxananın bütün tibb personalından COVID – 19 testi götürüləcək. Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş