Rəsmi Bakıdan Cənubi Osetiyadakı “seçkilər” barədə BƏYANAT

Xəbərlər

22.09.2026 - 21:43

Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.

XİN-dən AYNA.AZ-a bildirilib ki, rəsmi Bakı Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”, - bəyanatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş