Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib

Dünya

08.10.2021 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

Moqimed Daudov: “İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək"

Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi "Instagram" hesabında yazıb:

“İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib.

Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova Çeçenistan Dövlət Universitetini bitirib. O, indiyədək mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş