Ramiz Mehdiyev YAP-dan çıxarılıb

Xəbərlər

16.10.2026 - 18:19

Partiya tərəfindən onun təltiflərindən məhrum edilməsi təklif olunub

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu, partiyanın VIII Qurultaydan sonra ilk iclası olub.

Toplantıda YAP Veteranlar Şurasının yeni tərkibi formalaşıb. Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.

Eyni zamanda, R.Mehdiyev YAP-dan çıxarılıb. Bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

Həmçinin YAP tərəfindən RMehdiyevin təltiflərindən məhrum edilməsi təklif olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş