Bir ailənin 8 üzvü xəstəxanaya gətirilib
Qusar rayonunun Qələcuq kəndində zəhərlənmə baş verib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.