Yanğın qısa müddətdə söndürülüb
Quba rayonu, Dəvədabanı yaşayış massivində 30 ha biçilmiş taxıl sahəsində yanğın baş verib. AYNA xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.