Gürcüstanda koronavirusa yoluxma halları sürətlə artıb
Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı kəskin artıb. AYNA gürcü mediasına istinadən bildirir ki, son sutka ərzində ölkədə daha 2 min 616 nəfər COVID-19-a yoluxub.
Bildirilir ki, bir gündə 26 nəfər koronavirusun qurbanı olub.
Qeyd edək ki, bu günədək Gürcüstanda 390 min 945 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 367 min 130-u sağalıb, 5 min 592-si isə vəfat edib.