"Qısa zaman ərzində insanlarımız Qarabağa köçürüləcəklər"

Xəbərlər

26.02.2021 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Ağlımda tarixlər var, vaxtından əvvəl insanları həyacanlandırmayım”

 

“Mən də istəyirəm ki, qısa müddət ərzində soydaşlarımızın işğaldan azad edilmiş torpaqlarımıza qayıtmasına nail olaq”. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.  

 

Prezident deyib ki, bunun üçün kompleks tədbirlər görülməlidir: “Minalardan təmizlənmə prosesi başa çatandan sonra və bununla paralel olaraq, biz bu işlərə başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi artıq reallaşmağa başlanıb. Zəngilan rayonunun üç kəndi - Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı kəndlərində layihə həyata keçiriləcək. Orada 1000-ə yaxın insan yerləşdiriləcək”.

 

“Belə pilot layihələr çox ola bilər. O ki, qaldı böyük şəhərlərə, qayıdış üçün baş plan tərtib edilməlidir. Binalar inşa edilməli, məktəblər tikilməlidir. Bunun üçün zaman tələb olunur. Mən hansısa bir tarix vermək istəməzdim, halbuki ağlımda tarixlər var. Vaxtından əvvəl insanları həyacanlandırmayım. İnanın ki, qısa zaman ərzində mərhələli yollarla insanlarımızı o bölgələrə köçürəcəyik. Eyni zamanda, azad edilmiş ərazilərdə ilk növbədə bərpa ediləcək kəndlərin siyahısı tutulur”, - deyə Prezident əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş