Qırğızıstanın yeni Prezidenti Rusiyanı təriflədi: “Sülhü təmin edir…”

Dünya

19.02.2021 - 12:11

Sədir Caparov: “Qırğızıstan üçün Rusiyanın yeri və rolu məsələsi praktik xarakter daşıyır və milli maraqlarla müəyyən edilir”

 

“Rusiya ilə əməkdaşlıq Qırğızıstanın xarici siyasətində xüsusi yer tutur”. AYNA xarici mediaya istinadəbn bildirir ki, bu sözlər Qırğızıstanın yeni Prezidenti Sədir Caparovun "Müttəfiqlik əlaqələri" adlı məqaləsində yer alıb.

 

Ölkə başçısı bildirib ki, Rusiya ilə münasibətləri ən yüksək müttəfiqlik səviyyəsinə gətirmək, strateji tərəfdaşlıq Qırğızıstanın milli maraqlarına cavab verir: “Əminik ki, əməkdaşlığın gücləndirilməsinə alternativ yoxdur və Qırğızıstanın xarici siyasətində bu istiqamətə əsas yer ayrılıb. Hesab edirəm ki, qırğız və rus xalqları arasındakı münasibətlər tarixində yadlaşma üçün ilkin şərtlər yarada biləcək problemlər olmayıb”.

 

“Qırğızıstan üçün Rusiyanın yeri və rolu məsələsi praktik xarakter daşıyır və milli maraqlarla müəyyən edilir. İnteqrasiya layihələri və gücü sayəsində Rusiya dövlət sərhədinin ətrafı boyunca sülhü təmin edir, ətrafında dinamik inkişaf edən bir bölgə meydana gətirir”, - Qırğızıstan Prezidenti əlavə edib.

 

Caparov onu da bildirib ki, Rusiyaya səfəri əlaqələrin möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək.

 

Qeyd edək ki, 28 yanvarda andiçmə mərasimində Caparov Qırğızıstanda ötən ilin oktyabr ayındakı hadisələrindən sonra vəziyyətin sabitləşməsinə kömək etdiyinə görə Rusiyaya təşəkkür etmişdi. O, Qırğızıstanın strateji tərəfdaşları ilə əlaqələrini gücləndirərək, çoxvektorlu siyasət yürütməyə davam edəcəyinə söz vermişdi.

 

Xatırladaq ki, 16 yanvarda Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) Caparovun erkən prezident seçkilərində səslərin 79,23 faizini qazandığını elan etdi.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar