Qırğızıstan-Tacikistan sərhədində sakitlik bərpa olunub

Dünya

03.05.2021 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Ölkələrin qoşunları və texnikası sərhəddən çəkilib

 

Qırğızıstan və Tacikistan hərbçilərini və texnikasını sərhəddən geri çəkmə prosesini başa çatdırıblar. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 

"Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və varlıqların çıxarılmasını başa çatdırdı", - deyə açıqlamada qeyd edilib.

 

Qeyd edək ki, Tacikistan və Qırğızıstan sərhədindəki münaqişə zonasından qoşun və texnikanın geri çəkilməsinin başlanğıcı 1 mayda elan edildi. Bundan əvvəl tərəflər tam atəşkəs barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş