Qərbi Afrikada “sirli xəstəlik” peyda olub

Dünya

08.11.2020 - 00:39

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəlikdən artıq 30 nəfər dünyasını dəyişib 

 

Nigeriyanın Delta əyalətində son bir həftə ərzində “sirli xəstəlik”dən ölənlərin ölüm səbəbinə aydınlıq gətirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin "sarı qızdırma" adlı xəstəliyin qurbanı olduğu deyilib. 

 

Delta Dövlət Sağlamlıq Komissarı Dr. Mordi Ononye əyalətin Ute, Okpu və İdumusa şəhərlərində 18-25 yaş arası 30 nəfərin bu xəstəlikdən öldüyünü, buna görə araşdırmalar aparıldığını bildirib. O, araşdırmalar nəticəsində ölüm səbəbinin "qırmızı qızdırma" adlı xəstəliyikdən olmasının təsdiqləndiyini bildirib.

 

Lakin Ononye tədqiqatların müxtəlif laboratoriyalarda davam etdiyini ifadə edib: “İlk nəticə “sirli xəstəliyin” "qırmızı qızdırma" olduğunu göstərir, ancaq əmin olmaq üçün araşdırmalara davam edəcəyik.”

 

Qeyd edək ki, Nigeriyanın Delta əyalətində son bir həftə ərzində 30 nəfər sözügedən xəstəliyin qrubanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş