Qazaxıstanda magistralda 40-a yaxın avtomobil toqquşub

Dünya

03.01.2025 - 18:24

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəyə səbəb yolda qar fırtınası və zəif görmə olub

Qazaxıstanın Akmola vilayətində magistral yolda qar fırtınası və zəif görmə səbəbindən 40-a yaxın avtomobil toqquşub.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət polis idarəsindən bildirilib.

"Bu gün Akmola vilayətində Birjan Sal rayonunda yolun Koqam və Karatal kəndləri arasındakı hissəsində hava şəraitinin pisləşməsi (çovğun, görmə qabiliyyətinin məhdudlaşdırılması) nəticəsində ilkin olaraq 40-a yaxın avtomobilin iştirakı ilə toqquşma baş verib", - məlumatda qeyd olunub.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş