Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan klip çəkilib
Qazaxıstan Respublikası ilə qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə və iki ölkənin dostluğuna həsr olunan klip çəkilib.
AYNA-nın xəbərinə görə, qazax müğənni Ernar Sadirbaev sözləri Azərbaycanın mərhum Xalq şairi Fikrət Qocaya, musiqisi və əsas ifası Xalq artisti Polad Bülbüloğluna məxsus məşhur "Gəl ey səhər" mahnısını ifa edib.
Klipdə Qazaxıstanın və Azərbaycanın şəhərlərindən, tarixi yerlərindən görüntülər əks olunub.