Qazaxda ağır qəza: 3 nəfər ölüb

Hadisə

23.08.2026 - 15:21

Hərəkətdə olan iki minik avtomobili toqquşub

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Ağır qəzada “Opel” markalı minik avtomobilinin sürücüsü 1968-ci il təvəllüdlü M.İbrahimov, onun sərnişinləri - 1958-ci il təvəllüdlü S.Mustafayeva və 1953-ci il təvəllüdlü F.Mustafayev ölüb.

Qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1997-ci il Ş.Mustafayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş