Yeraltı təkanlar bəzi insanlar tərəfindən hiss edilib
Qaxda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:04-də Zaqatala stansiyasından 23 km cənubda Qax rayonunda qeydə alınıb.
Yeraltı təkanlar bəzi insanlar tərəfindən hiss edilib. Zəlzələnin maqnitudası 2.9, dərinliyi 10 km olub.