Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib.
Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.