Qavağında ölöm...

Xəbərlər

22.09.2023 - 19:58

Elə bilirdim, erməniyə "Köpöyoğlu" və "dığa" deyəndə onlara olan əbədi nifrətimiz daha yaxşı ifadə olunur

Ana nənəm Qazaxda, ata nənəm İncə dərəsində, Qazağın Qaymaxlı kəndində yaşayırdı. Hadisələr başlayanda Qazax və kəndlərində müxtəlif batalyonlar, müqavimət dəstələri yarandı. Əjdaha kimi savaşırdılar, çox cəngavərliklər göstərdilər.

Qazağın ən say-seçmə aydınları, mərd insanlar Qazax Xeyriyyə Cəmiyyəti yaradıb, ön cəbhəyə yardım edirdilər...

Mirvari nənəm Qazaxda yaşadığı üçün nisbətən təhlükəsiz vəziyyətdə idi. Bakıdan gedəndə nənəm onlara "Köpöyoğlunun dığaları" deyir, bütün kin və nifrətini bu ikicə sözlə ifadə edirdi.

Sənəm nənəm Qurandan çox surə bilirdi, gecə-gündüz əsgərlərimiz üçün dualar edir, üzünü kəndin bitişiyindəki Əstənbəyli (Aslanbəyli) kəndindəki müqəddəs qibləgaha – "Göy Türvəyə" (Göy Türbə) tərəf döndərib surələri əzbərdən deyərdi. Şəhid xəbərləri gələndə isə balaca evimizin önünə çıxır, Ermənistan sərhəddinə – Noemberyan (tarixi Azərbaycan torpaqlarıdır) tərəfə baxaraq "Muradınız gözünüzdə qalsın" deyirdi...

Mirvari nənəmin "Köpöyoğlunun dığaları" demələri mənim daha çox xoşuma gəlirdi. Elə bilirdim, erməniyə "Köpöyoğlu" və "dığa" deyəndə onlara olan əbədi nifrətimiz daha yaxşı ifadə olunurdu.

Bir dəfə Qaymaxlıda Sənəm nənəmə dedim ki, ay nənə, sənin qarğışın nəsə yaman zəif səslənir ha. Nənəm "A qavağında ölüm, bundan ağır söz bilmirəm" dedi.

İkisi də uzun yaşadı nənələrimin. Amma heç biri Qarabağın azad olunmasını görə bilmədilər. İndi bu gün, bu saat, bu dəqiqə düşünürəm ki, Sənəm nənəmin nifrət və kini dana çox imiş. Sadəcə olaraq o zaman bu ifadənin anlamını yaxşı qavramırdım demək...

Son 3 gündəki hadisələrdə nənəmin sağır nunla tələffüz etdiyi "Muradıňız gözüňüzdə qalsın" sözlərinin də rolu olduğuna inanıram. 

Muradları gözlərində qaldı Köpöyoğlunun dığalarının...

Müəllif: İbrahim Nəbioğlu