“Qarışıq ərzaq” yükündə tiryək tapılıb - FOTO

Xəbərlər

05.08.2026 - 14:59

“Şahtaxtı” postundan keçən nəqliyyat vasitəsində külli miqdarda tiryək aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

Dövlət Gömrük Komitəsindən AYNA.AZ-a bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

“Qarışıq ərzaq” yükündə tiryək tapılıb - “Qarışıq ərzaq” yükündə tiryək tapılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş