Qadın voleybol millimiz uduzub

İdman

07.08.2021 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

Görüş niderlandlı voleybolçuların qələbəsi ilə başa çatıb

 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində ikinci oyununu keçirib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, millimiz Niderland yığması ilə qarşılaşıb. Görüş niderlandlı voleybolçuların 3:0 (25:14, 25:13, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

 
 

Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olub.

 

Yığmamız turnirdə sonuncu oyununu avqustun 7-də Çexiyaya qarşı olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş