Qabiliyyət imtahanı verəcək abituriyentlərə xəbər var

Xəbərlər

10.08.2021 - 13:56

Həkimlər Klinikalar SEO Xidməti

Abituriyentlər müvafiq komissiyalar üzrə buraxılış vərəqələrini çap edə bilərlər

 

Qabiliyyət imtahanı verəcək abituriyentlər müvafiq komissiyalar üzrə buraxılış vərəqələrini çap edə bilərlər. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə (11 illik və 9 illik təhsil bazalarında) qəbul üzrə müvafiq ixtisas və komissiyalar haqqında məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

 

Buraxılış vərəqəsini çap etmək üçün link:

 

Abituriyentlər imtahana aşağıda qeyd olunan ı sənədləri gətirməlidirlər:

 

- imtahana buraxılış vərəqəsi;

 

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır);

 

- şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

 

Musiqi və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses ərzində (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş