Qabiliyyət imtahanı təxirə salınıb

Xəbərlər

28.06.2026 - 16:53

DİM qabiliyyət imtahanında iştirak edəcək abituriyentlərə müraciət ünvanlayıb

İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, həmin imtahan 7 iyul tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcək. Abituriyentlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş