Putin Qarabağ münaqişəsinin həllinin Ermənistan üçün faydalarını açıqlayıb

Aktual

02.09.2026 - 12:10

“Bu vəziyyət bizə səhifəni çevirməyə və heç bir münaqişə olmadan irəliləməyə imkan verir"

Rusiya Prezidenti Vladimir Putin Qarabağ probleminin həllinin Ermənistan üçün faydaları açıqlayıb.

AYNA.AZ rus mediasına istinadən bildirir ki, Putin deyib: "Bəlkə də hazırkı Ermənistan rəhbərliyinin bu qərarının bəzi üstünlükləri var. Çünki bu vəziyyət bizə səhifəni çevirməyə və heç bir münaqişə olmadan irəliləməyə imkan verir".

Vladimir Putin əlavə edib ki, “münaqişə həll edildikdən sonra insanlar yeni bir yerdə həyatlarını yenidən qura, infrastrukturu aça, iqtisadiyyatda yeni bir həyata başlaya, investisiyalar üçün sərhədləri aça və sair edə biləcəklər”.

"Əslində bir çox üstünlük var", - deyə Putin fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş