Prezidentlər Soçidə bir araya gələcəklər
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftə Soçidə görüşəcəklər. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.
Görüşdə dövlətlər arasında münasibətlər, əməkdaşlıq müzakirə ediləcək. Məlumata görə, Soçidə iqtisadi məsələlərə dair bir toplantı da təşkil ediləcək.