Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri edib

Xəbərlər

23.08.2026 - 15:43

İlham Əliyevi və Mehriban Əliyevanı Şavkat Mirziyoyev və Ziroatxon Mirziyoyeva qarşılayıblar

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfəri edib. AYNA.AZ xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri edib Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş