Pompeodan Makrona sərt cavab

Dünya

09.11.2019 - 22:30

Həkimlər Klinikalar SEO Xidməti

Pompeo Makronun açıqlamasına münasibət bildirib

 

Fransa Prezidenti Makronun "NATO-nun beyin ölümü reallaşdı" açıqlamasına reaksiyalar davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Baş Naziri Merkel və NATO-nun baş katibi Stoltenberqdən sonra ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo da məsələyə sərt reaksiya bildirib.

 

Fransa Prezidenti "Ekonomist" qəzetinə verdiyi müsahibədə Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək və terror dəhlizinin aradan qaldırmaq üçün başlatdığı "Sülh çeşməsi" əməliyyatını tənqid edərək "NATO-nun beyin ölümü reallaşdı" açıqlamasanı vermişdi.

 

"NATO-ya üzv olan ölkələrin tərəfdaşlığını belə təsəvvür etmirəm. Düşünürəm ki, NATO təhlükəsizliyimizin təməl daşı olaraq öz əhəmiyyətini qoruyur", - deyə Makron əlavə etmişdi.

 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş