Polşa Ukraynaya hərbi yardımın ləğv edilməsi ilə bağlı xəbərləri təkzib edib

Dünya

22.10.2026 - 18:42

"Bu, yalan məlumatdır"

Polşa Milli Müdafiə Nazirliyi Ukrayna mediasının Lvov Regional Şurasının 2027-ci ili UPA (Ukrayna Üsyançı Ordusu) ili elan etmək qərarı səbəbindən Varşavanın böyük hərbi yardım paketini dayandırması barədə xəbərlərini təkzib edib.

AYNA.AZ-ın məlumatına görə, nazirliyin sözçüsü Yanuş Seymei yerli “Fakt” qəzetinə verdiyi açıqlamada bildirib ki, "bu, yalan məlumatdır".

Qeyd edək ki, bir gün əvvəl Ukrayna televiziya kanalı TSN və “RBC-Ukrayna” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb ki, Polşa Lvov Regional Şurasının 2027-ci ili “UPA və onun lideri Roman Şukeviç İli” elan etmək barədə mübahisəli qərarına görə Ukraynaya böyük hərbi yardım paketini ləğv edib.

Xatırladaq ki, 20 oktyabrda Lvov Regional Şurası 2027-ci ili “UPA və onun liderləri Roman Şukeviç və Oleq Oljiç İli” elan edib. Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Kiyev hakimiyyətini Lvovda verilən qərardan imtina etməyə çağırıb. Polşanın Baş naziri Donald Tusk isə Ukrayna regional hakimiyyətinin belə bir addımının Ukraynaya zərərli olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş