Müqavilə Prezident Anjey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq
Polşa Türkiyədən 24 ədəd tank əleyhinə raketlərlə silahlanmış pilotsuz uçuş aparatı almağa qərar verib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaszaka deyib.
“Bayraktar” tipli PUA alacaqlarını bildirən Blaszka qeyd edib ki, sözügedən silah olduqca effektli və təcavüzkarları qorxudan silahdır.
“PUA-ların alışı ilə bağlı müqavilə bazar ertəsi başlayacaq Polşa Prezidenti Anjey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq. İlk komplekt Polşa Ordusuna bir il sonra 2022-ci ildə təhvil veriləcək”, - deyə müdafiə naziri vurğulayıb.