PKK terror aktı törədib

Dünya

23.11.2019 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 14 nəfər ölüb, 26 nəfər yaralanıb

 

Suriyanın Akçakale əyalətinin Şanlıurfa qəsəbəsi ilə sərhəddə yerləşən Tel Abyad bölgəsində bomba yüklənmiş nəqliyyat vasitəsi partladılıb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu səhər, Türkiyə Silahlı Qüvvələri tərəfindən “Sülh çeşməsi” əməliyyatı nəticəsində terrorçulardan təmizlənmiş ərazidə qeydə alınıb.

 

Partlayış PKK/YPG/PYD terrorçuları tərəfindən törədilib. İlkin məlumatlara görə, 14 nəfər ölüb, 26 nəfər yaralanıb. Yaralılar Akçakale Dövlət Xəstəxanasına aparılıb.

 

Hücumdan sonra sərhədin hər iki tərəfində təhlükəsizlik tədbirləri artırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş