“Cəmiyyətin bütün təbəqələri və müxtəlif qruplar arasında əməkdaşlıq təhdidlərin aradan qaldırılması və problemlərin həlli üçün vacibdir”
“İranın düşmənləri olan ABŞ və İsrail İran xalqını müharibə və ya hərbi əməliyyatlarla diz çökdürə bilməyəcəklərini anladıqları üçün daxili nifaqı qızışdırmaqla və şiddətləndirməklə ölkəyə zərər verməyə çalışırlar”. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian böyük şəhərlərin və əyalət mərkəzlərinin rəhbərləri ilə görüşdə deyib.
Pezeşkian əlavə edib ki, “ictimaiyyətin iştirakı və cəmiyyətin bütün təbəqələri və müxtəlif qruplar arasında əməkdaşlıq təhdidlərin aradan qaldırılması və problemlərin həlli üçün vacibdir”.
Xalq arasında birliyin, həmrəyliyin qorunmasının vacibliyini vurğulayan İran Prezidenti cəmiyyətin bütün təbəqələrinin və müxtəlif qrupların ölkənin işlərinin idarə olunmasında iştirak etməli olduğunu vurğulayıb.
"Əgər hər hansı bir fraksiya və ya qrup özünü yeganə müdriklik daşıyıcısı və müstəsna qərar qəbuletmə orqanı hesab edirsə, bu, qaçılmaz olaraq millətin daxildən zəifləməsinə səbəb olacaq", - deyə o vurğulayıb.