Paşinyandan təklif: “Sərhəddə KTMT müşahidəçiləri yerləşdirilsin”

Xəbərlər

29.07.2021 - 12:48

Ermənistan rəhbəri Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir

 

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini təklif edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Xəbərdə qeyd edilib ki, Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir.

Müəllif: Ayna.az