"Bu, hökumətimizin son iclasıdır, bazar günü istefa verəcəyik"
“Bazar günü hökumət istefa verəcək”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Bu, hökumətimizin son iclasıdır, bazar günü istefa verəcəyik", – deyə o bildirib.
Baş nazir deyib ki, Ermənistan Parlamentinin IX çağırışının formalaşdırılması ilə əlaqədar hökumət istefa verəcək: "Bundan sonra Ermənistan Prezidenti parlament çoxluğunun irəli sürdüyü namizədi Baş nazir təyin edəcək".