Dəyirmi masa Resurs Mərkəzində baş tutacaq
Bakı Mətbuat Klubu Sizi “2020-ci ilin parlament seçkiləri və media. Jurnalist hüquqları və vəzifələri” mövzusunda Dəyirmi masaya dəvət edir.
AYNA xəbər verir ki, Dəyirmi masada medianın seçkiləri işıqlandırmasına dair monitorinqin nəticələri və jurnalist hüquqlarının müdafiəsi məsələləri müzakirə ediləcək.
Tədbirin fevralın 14-də, saat 12.00-14.00, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən Resurs Mərkəzində keçiriləcək.
Ünvan: Bakı, Fizuli 49, SKS Plaza, 3-cü mərtəbə.