Ordumuz düşmənin texnika və şəxsi heyətini məhv edib

Xəbərlər

09.11.2020 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Ermənilərin atəş nöqtələri dəqiq zərbələrlə məhv edilib, T-72 tankı sıradan çıxarılıb

 

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

 

Nazirliyin digər məlumatında isə qeyd edilib ki, bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin bir ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş