İran gəmisinə edilən hücuma cavab olaraq Ukraynadakı dəniz limanına hücum etməyi düşünürdü
İran Ukraynanın İran gəmisinə hücumuna cavab olaraq qisas ala bilərdi, lakin aktiv diplomatik səylər gərginliyin azalmasına kömək etdi. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, İran gəmisinə edilən hücuma cavab olaraq Ukraynadakı dəniz limanına hücum etməyi düşünürdü.
Mənbələrə görə, İran kiçik döyüş başlığı olan ballistik raketdən istifadə edə bilərdi və belə bir hərəkəti əhəmiyyətli ziyan vurmaq cəhdindən daha çox simvolik bir siqnal kimi qəbul edə bilərdi.