Nic kəndində yeni məktəb binası tikiləcək

Xəbərlər

17.05.2021 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Prezident məktəb tikintisi ilə bağlı sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında qeyd edilib.

 

Sərəncama əsasən, Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon  manat ayrılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş