Nətənz Nüvə Mərkəzində baş verən qəza terrordur

Dünya

11.04.2021 - 21:45

“Müvafiq addımlar atmaq hüququmuzu özümüzdə saxlayırıq”

 

İranın Nətənz Nüvə Mərkəzində baş verən qəza terrordur. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri İran Televiziyasına açıqlamasında ölkənin vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

 

Salehi bildirib ki, İran bu alçaq hərəkəti şiddətlə qınayır: “İran beynəlxalq birliyi və Beynəlxalq Atom Enerjisi Təşkilatını bu nüvə terrorizminə qarşı çıxmağa çağırır. Biz eyni zamanda, müvafiq addımlar atmaq hüququmuzu özümüzdə saxlayırıq”.

 

Qeyd edək ki, bu gün səhər İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi  Iranın Nətənz Nüvə Mərkəzində qəza olduğunu, qəza nəticəsində insan tələfatı və çirklənmə baş vermədiyini bildirib.

Müəllif: Ayna.az