“İsrail ordusu HƏMAS həqiqətən tərxis olunana qədər heç bir geri çəkilmə həyata keçirməyəcək"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın 15 maddəlik Qəzza planını rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Netanyahu bildirib: "Açıqlıq gətirmək istəyirəm: İsrail təklif olunan 15 bəndi rədd edir. İsrail ordusu HƏMAS həqiqətən tərxis olunana qədər heç bir geri çəkilmə həyata keçirməyəcək".
Baş nazir bildirib ki, HƏMAS bütün silahlarını təslim etməyincə İsrail planlaşdırılan mərhələli geri çəkilməyə başlamayacaq.
Nəşr yazıb ki, Netanyahu bu tələbi kifayət qədər geniş şəkildə ifadə edərək, bunun "ağır silahlar, daha az güclü silahlar və bütün növ silahlar"ı əhatə etdiyini bildirib.
İsrail hökumətinin başçısı Vaşinqtonla danışıqların davam etdiyini, lakin İsrailin ən yaxın müttəfiqi tərəfindən irəli sürülən təklifləri avtomatik olaraq qəbul etməyəcəyini vurğulayıb.
HƏMAS əvvəllər İsrailin hərbi əməliyyatları və hücumları dayandırılarsa, tərksilah olmağa başlayacağını bildirmişdi. Hərəkatın nümayəndələri Qəzza zolağındakı vəziyyətin həlli planının hərtərəfli olduğunu və bir neçə bəndin eyni vaxtda həyata keçirilməsini tələb etdiyini bir daha vurğulayıblar.