Netanyahu: "Mən silah müstəqilliyi istəyirəm”

Dünya

23.06.2026 - 17:16

“İsrail silah baxımından ABŞ asılılığından qurtulmalıdır”

“İsrail silah baxımından ABŞ asılılığından qurtulmalı və özünün müstəqil silah istehsalını qurmalıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Mən silah müstəqilliyi istəyirəm. Amerikalı dostlarımızın dəstəyini dərindən qiymətləndirirəm, amma biz bu asılılıqdan qurtulmalı və öz müstəqil silah istehsalımızı qurmalıyıq. Öz silahlarımızı istehsal etməliyik", - deyə Netanyahu Qərb Şəriyəsində kursantlarla görüşündə bildirib.

Netanyahu qeyd edib ki, İsrail "indi İran və onun əlaltıları ilə qarşı-qarşıyadır".

"Biz onlara zərbələr endirmişik, hələ bitməyib, amma hər şey bizim gücümüzdən asılıdır. 30 ildən sonra harada olacağımız bizim gücümüzdən asılıdır. Buna görə də, hazırda etdiyimiz şey nəhəng güc yaratmaqdır", - deyə İsrailin Baş naziri əlavə edib.

Qeyd edək ki, 3 mayda Netanyahu İsrailin öz silah istehsalı potensialını inkişaf etdirmək üçün müdafiə büdcəsini 10 il ərzində 350 milyard şekel (təxminən 115 milyard dollar) artıracağını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş